"Barselona" "Ayaks"ın futbolçusunu transfer edir

"Barselona" "Ayaks"ın futbolçusunu transfer edir Niderlandın "Ayaks" klubunun futbolçusu Serjinyo Dest karyerasını İspaniya "Barselona"sında davam etdirəcək.
Futbol
1569
1 Oktyabr , 2020 11:03
Barselona Ayaksın futbolçusunu transfer edir
Serjinyo Dest

Niderlandın "Ayaks" klubunun futbolçusu Serjinyo Dest karyerasını İspaniya "Barselona"sında davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman BBC-yə açıqlamasında bildirib.

57 yaşlı mütəxəssis deyib ki, tibbi müayinədən keçdikdən sonra ABŞ-dan olan müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Serjinyo Dest bu komandanın heyətində ümumilikdə 38 oyun keçirib. 2 qol vurub. 6 məhsuldar ötürmə edən 20 yaşlı futbolçu ABŞ millisinin də üzvüdür. "Transfermarkt" portalında onun qiyməti 18 milyon avro göstərilib.

Son xəbərlər

Orphus sistemi