"Barselona" antirekorda imza atıb

"Barselona" antirekorda imza atıb "Barselona" İspaniya La Liqasında antirekorda imza atıb.
Futbol
24 Sentyabr , 2021 09:03
Barselona antirekorda imza atıb

"Barselona" futbol komandası İspaniya La Liqasında antirekorda imza atıb.

"Report" "OptaJose" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi cari mövsüm 5 oyunda 8 qol vurub. Bu isə son 18 ilin ən pis göstəricisidir.

Ronald Kumanın baş məşqçi olduğu kollektiv son olaraq, səfərdə "Kadis"lə qolsuz heç-heçə edib. Komanda 2003/2004 mövsümündə 5 qarşılaşmada 5 dəfə fərqlənib.

Qeyd edək ki, "Barselona" 5 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi