"Barselona" 4 futbolçusu ilə müqaviləni yenilədi

"Barselona" 4 futbolçusu ilə müqaviləni yenilədi İspaniya "Barselona"sı 4 futbolçusu ilə müqaviləni yeniləyib.
Futbol
1304
21 Oktyabr , 2020 10:21
Barselona 4 futbolçusu ilə müqaviləni yenilədi
0 : 00
0 : 00

İspaniya "Barselona"sı 4 futbolçusu ilə müqaviləni yeniləyib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.

Pike ilə sözləşmə 30 iyun 2024-cü ilədək uzadılıb.

Ter Ştegenlə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub. Hər iki oyunçunun təzminat haqqı 500 milyon avrodur.

De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək nəzərdə tutulub. Onları almaq istəyən klub isə müvafiq olaraq, 400 milyon avro və 300 milyon avro ödəməlidir.

Son xəbərlər

Orphus sistemi