"Barselona" 4 futbolçusu ilə danışıq aparmaq istəyir

"Barselona" 4 futbolçusu ilə danışıq aparmaq istəyir İspaniyanın "Barselona" klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi vəziyyətlə əlaqədar komandanın 4 futbolçusunun müqavilələrini yenidən nəzərdən keçirmək istəyir.
Futbol
591
25 Avqust , 2020 13:22
Barselona 4 futbolçusu ilə danışıq aparmaq istəyir

İspaniyanın "Barselona" klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi vəziyyətlə əlaqədar komandanın 4 futbolçusunun müqavilələrini yenidən nəzərdən keçirmək istəyir. 

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, bunlar müdafiəçilər Jerar Pike və Xordi Alba, yarımmüdafiəçilər Serxi Roberto ilə Serxio Busketsdir. 

Həmin oyunçular yeni baş məşqçi Ronald Kumanın planlarına daxildir. 

Qeyd edək ki, daha əvvəl "Barselona"nın prezidenti Xosep Bartomeu futbolçuların maaşlarının həddindən artıq yüksək olduğunu söyləyib. Funksioner bəzi müqavilələrin tənzimlənməli olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi