Almaniya klubu türkiyəli futbolçunu "Barış pınarı"na dəstək verdiyinə görə heyətdən kənarlaşdırıb

Almaniya klubu türkiyəli futbolçunu "Barış pınarı"na dəstək verdiyinə görə heyətdən kənarlaşdırıb Almaniya II Bundesliqasında çıxış edən Sankt-Pauli klubu türkiyəli futbolçu Cenk Şahini heyətdən kənarlaşdırıb.
Futbol
232
11 Oktyabr , 2019 20:19
Almaniya klubu türkiyəli futbolçunu Barış pınarına dəstək verdiyinə görə heyətdən kənarlaşdırıb

Almaniya II Bundesliqasında çıxış edən "Sankt-Pauli" klubu türkiyəli futbolçu Cenk Şahini heyətdən kənarlaşdırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin "İnstagram" səhifəsində "Barış pınarı" hərəkatına dəstək olması səbəb olub. 

Bildirilib ki, belə paylaşımlar klubun dəyərlərinə uyğun deyil və məlumat futbolçunun özünə çatdırılıb.

Yazıda həmçinin qeyd olunub ki, məsələ həllini tapana qədər əlavə açıqlama verilməyəcək.

Son xəbərlər

Orphus sistemi