Bakının “İnter” klubu baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

Bakının “İnter” klubu baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq Yeni müqavilə bir illik olacaq
Futbol
669
24 İyul , 2017 16:11
Bakının “İnter” klubu baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

Bakı. 24 iyul. REPORT.AZ/ Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq. 

Bu barədə “Report”a 59 yaşlı gürcüstanlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, artıq yeni müqavilə hazırıdır və yaxın günlərdə bir illik sözləşməyə imza atacaq: “Yeni müqavilə ilə bağlı heç bir problem yoxdur. Avropa Liqasında Lüksemburqun “Fola Eş” komandasına məğlubiyyətdən sonra rəhbərliklə söhbətimiz olub. Komandada qalıram. Yaxın günlərdə müqavilənin detalları ilə tanış olub, imzalayacağam”.

Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti ötən ay başa çatıb. 

Son xəbərlər

Orphus sistemi