Bakının “İnter” futbol komandası Türkiyəyə yollanacaq

Bakının “İnter” futbol komandası Türkiyəyə yollanacaq Komanda yanvarın 24-də vətənə qayıdacaq
Futbol
23 Dekabr , 2014 08:26
Bakının “İnter” futbol komandası Türkiyəyə yollanacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakının “İnter” futbol komandasının qış təlim-məşq toplanışı müəyyənləşib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Qəbələ” komandası ilə görüşdən sonra “İnter”in futbolçuları istirahətə buraxılıb.

2015-ci il yanvarın 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində toplaşacaqlar. Məşq prosesi yanvarın 3-də başlayacaq. Komandanın ilk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir.

Komanda yanvarın 24-də vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi