Bakıda rekorda imza atan cüdoçu "Qarabağ"ın rəqibi ilə müqavilə bağlayıb

Bakıda rekorda imza atan cüdoçu "Qarabağ"ın rəqibi ilə müqavilə bağlayıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatının mükafatçıları Darya Beloded və Georgi Zantaraya Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliyanın “Sportinq” klubu ilə müqavilə bağlayıb.
Futbol
29 Oktyabr , 2018 11:36
Bakıda rekorda imza atan cüdoçu Qarabağın rəqibi ilə müqavilə bağlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatının mükafatçıları Darya Beloded və Georgi Zantaraya Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliyanın “Sportinq” klubu ilə müqavilə bağlayıb.

“Report” Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı idmançılarla sözləşmənin müddəti 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər nəzərdə tutulub. Onların klub yarışlarında “Sportinq”i təmsil edəcəkləri bildirilir.

48 kq çəki dərəcəsində çıxış edən D.Beloded Bakıda rekorda imza atıb. O, 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olmaqla, böyüklər arasında bu adı qazanan ən gənc cüdoçu olub. 66 kq çəkidə yarışan G.Zantaraya isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub. Bu komandalar arasında növbəti oyun noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi