Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar videoçarxlar təqdim olunub - VİDEO

Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar videoçarxlar təqdim olunub - VİDEO Hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb
Futbol
496
8 Sentyabr , 2017 12:57
Bakı Olimpiya Stadionunun avrokubokların final oyunlarına namizədliyi ilə əlaqədar videoçarxlar təqdim olunub - VİDEO
Affa.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanmış təqdimat kitablarının fotoları və videoçarxlar təqdim olunub.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki videoçarx fərqli sujet xətti ilə hazırlanıb.

Qeyd edək ki, sentybarın 5-də Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar hazırlanan xüsusi prezentasiya İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi