"Bakı"nın problemi AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll edilib
Futbol
- 09 fevral, 2015
- 12:04
Bakı. 9 fevral. REPORT.AZ/ "Bakı" klubunun təlim-məşq bazasına suyun verilməsində yaranan problem AFFA rəhbərliyinin müdaxiləsindən sonra həll olunub. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədov bazada olduğu vaxt suyun kəsildiyi yerə baxış keçirib. Bundan sonra E.Məmmədov Azərbaycan Qolf Federasiyası rəhbərliyi ilə danışıqlar apararaq, suyun bazaya fasiləsiz axınını təmin etdirib. Klub rəsmisi problemin həllinə yardımçı olan AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, təlim-məşq bazasına gələn xəttin bağlanılması üzündən "Bakı" klubu "Qəbələ" ilə Topaz Premyer Liqasının XIX tur matçından öncə stadiona suyu maşınlarla daşıyıb.
Son xəbərlər
14:08
Türkiyə Səfirliyi: Azərbaycanın suverenliyi uğrunda canlarından keçən bütün qardaşlarımızı yad edirik
Xarici siyasət14:00
Məsim Məmmədov Çində səfərdədir
Xarici siyasət14:00
20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY
Qarabağ13:45
Keniyalı atlet Aqnes Nqetiç Danimarkada yeni dünya rekordu müəyyənləşdirib
Fərdi13:35
Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb
Region13:21
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Region13:12
"Tottenhem" Rişarlisonu BƏƏ-nin "Şabab Əl-Əhli" klubuna satmaqdan imtina edib
Futbol13:10
Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş "Sabaha doğru" sənədli filmi hazırlanıb
İncəsənət13:04