"Bakcell Arena" "Olimpiakos"u vahiməyə salıb

"Bakcell Arena" "Olimpiakos"u vahiməyə salıb "Neftçi" ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl zədə və itkilərdən əlavə, daha iki amil Yunanıstanın "Olimpiakos" klubuna problem yarada bilər.
Futbol
26 İyul , 2021 12:07
Bakcell Arena Olimpiakosu vahiməyə salıb

"Neftçi" ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl zədə və itkilərdən əlavə, daha iki amil Yunanıstanın "Olimpiakos" klubuna problem yarada bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, Pirey təmsilçisi matçın təşkil olunacağı "Bakcell Arena"nın vəziyyətindən narahatdır. Meydanın ot örtüyünün çox pis durumda olduğunu iddia edən yunanıstanlı həmkarlarımız burada yeni zədələrin ortaya çıxma təhlükəsinin mövcudluğunu vurğulayıb: "Hazırda Azərbaycanda bütün stadionlar pis vəziyyətdədir. Bu, havaların isti keçməsi ilə əlaqədardır".

Digər məqam kimi "Olimpiakos"un 5 000 tamaşaçı önündə ciddi təzyiq altında oynayacağı bildirilir: "Meydan sahiblərinin kifayət qədər çılğın azarkeşi var. "Forza Neftçi" fan-klubu isə komandaya böyük sevgisi ilə məşhurdur".

Qeyd edək ki, iyulun 28-də keçiriləcək "Neftçi" - "Olimpiakos" matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi