"Neftçi" - "Sabah" matçı bərpa olundu - YENİLƏNİB

"Neftçi" - "Sabah" matçı bərpa olundu - YENİLƏNİB Hazırda ilk hissə oynanılır və hesab açılmayıb
Futbol
3 Mart , 2021 18:55
Neftçi - Sabah matçı bərpa olundu - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçının keçirildiyi "Bakcell Arena"nın projektorlarındakı problem aradan qaldırılıb.

"Report"un məlumatına görə, 28-ci dəqiqədə yarımçıq dayandırılan görüş 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.

18:46

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçında xoşagəlməz hadisə baş verib.

"Report"un məlumatına görə, oyunun keçirildiyi "Bakcell Arena"da işıqlar sönüb.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi