Azərbaycanlı futbolçunun çıxış etdiyi Rusiya klubunun səhmləri hərraca çıxarılıb
Futbol
- 15 noyabr, 2018
- 09:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiyanın "Rostov" klubunun səhmləri hərraca çıxarılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Rostov vilayətinin rəhbərliyi ilkin qiyməti 22,4 milyon rubl müəyyənləşdirib. Hərrac dekabrın 14-də yerli vaxtla saat 11:00-da başlayacaq.
Klubun nizamnamə kapitalı 241 min 300 rubl, səhmlərinin ümumi sayı 241 min 300-dür. 1 səhmin nominal dəyəri 1 rubl olaraq qiymətləndirilib.
Mətbuatda daha öncə klubda maaşların gecikməsi xəbərləri dərc olunub.
Qeyd edək ki, "Rostov" Rusiya çempionatında 14 turdan sonra 23 xalla 4-cü pillədə qərarlaşıb. Quliyev 12-ci turun ən yaxşı futbolçusu seçilib.
Son xəbərlər
17:58
Zelenski hərbi sahədə kadr təyinatlarının olacağını açıqlayıb
Digər ölkələr
17:55
Kamçatkada 6,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr
17:48
Foto
"Dərsliklərin məzmunu" mövzusunda üçüncü təlim-müzakirə sessiyası keçirilib
Elm və təhsil
17:40
Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar
Xarici siyasət
17:27
BMT məhkəməsi Argentinanın Folklend adaları yaxınlığındakı neft layihəsi ilə bağlı sorğusunu rədd edib
Digər ölkələr
17:24
Rumıniyada Şri-Lanka vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb, ölən var
Digər ölkələr
17:22
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Sənaye
17:17
ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb
Komanda
17:01
İordaniyada fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib
Digər ölkələr