Cavid Tağıyev: "Zədələndiyim üçün məni "Sabah"da saxlamaq istəmədilər"

Cavid Tağıyev: "Zədələndiyim üçün məni "Sabah"da saxlamaq istəmədilər" "Əməliyyat olunduğum üçün 4 həftə İstanbulda qalacağam, reabilitasiyanı da burada keçəcəyəm".
Futbol
10 Sentyabr , 2020 13:52
Cavid Tağıyev: Zədələndiyim üçün məni Sabahda saxlamaq istəmədilər
Cavid Tağıyev

"Hələ dörd həftə İstanbulda qalacaq, reabilitasiyanı da burada keçəcəyəm".

Bu fikirləri "Report"a açıqlamasında Türkiyədə əməliyyat olunan "Sabah"ın və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Tağıyev deyib. 

28 yaşlı yaşlı yarımmüdafiəçi hələ heç bir klubla danışıq aparmadığını, bütün fikrini zədəsini sağaltmağa yönəltdiyini söyləyib: "Pandemiya yeni başlayan vaxt fərdi məşq zamanı xəsarət aldım. Klubla danışdıqda məni komandada saxlamaq istəmədilər. Əslində ayrılmağı düşünmürdüm, amma belə qərar verildi. Bu, mənim üçün çətin oldu. Qərar özlərinə xeyir verən idi. Ədalətli qərar verib-vermədiklərini özləri bilərlər".

Tağıyev klubun prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə görüşdüyünü sözlərinə əlavə edib: "Bu görüşlər əsnasında qərarı mənə bildirdilər. Məşqlərdən kənarda zədələndiyim üçün müqaviləyə əsasən, sözləşməmə xitam verə bilərdilər. Mən də sonda razılıq verdim. Əməliyyatımın 1/3 hissəsini ödədilər, qalanlarını isə özüm etdim". 

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, "Qarabağ", "Zirə" və "Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi