Azərbaycanlı futbolçu səhhətindəki problemə görə həvəskar komandaya keçib

Azərbaycanlı futbolçu səhhətindəki problemə görə həvəskar komandaya keçib "Keşlə" klubunun sabiq futbolçusu Ziya Əzizovun yeni klubu bəlli olub.
Futbol
22 Yanvar , 2022 16:52
Azərbaycanlı futbolçu səhhətindəki problemə görə həvəskar komandaya keçib

"Keşlə" klubunun sabiq futbolçusu Ziya Əzizovun yeni klubu bəlli olub.

"Report" "bd.nl" saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Niderlandın həvəskar komandası hesab olunan "Trinitas"a keçib.

Əzizov səhhətindəki problemlərə görə peşəkar futbolçu kimi fəaliyyətini davam etdirə bilməyib.

Qeyd edək ki, Ziya Əzizov Azərbaycanın U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Yarımmüdafiəçi 2019/2020 mövsümündə "Keşlə"nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi