Azərbaycanlı futbolçu "Neftçi"nin rəqibinə transfer oldu

Azərbaycanlı futbolçu "Neftçi"nin rəqibinə transfer oldu Azərbaycan millisinin və "Qarabağ"ınsabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.
Futbol
10 Avqust , 2020 16:21
Azərbaycanlı futbolçu Neftçinin rəqibinə transfer oldu

Azərbaycan millisinin, "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. 

"Report"un məlumatına görə, 28 yaşlı müdafiəçi Şimali Makedoniyanın "Şkupi" komandasına keçib. Klub hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, "Şkupi" "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibidir. "Neftçi" - "Şkupi" matçı avqustun 27-də "Bakcell Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi