Azərbaycanın U-21 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-21 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb Yığma səfərdə İsrail komandası ilə qarşılaşıb
Futbol
31 Avqust , 2017 22:34
Azərbaycanın U-21 yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Bakı. 31 avqust. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

"Report" xəbər verir ki, yığmamız Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.

Yığmamız seçmə mərhələdə növbəti oyununu sentyabrın 5-də “Dalğa Arena”da İrlandiya yığmasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi