Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb
- 21 avqust, 2021
- 11:07
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib.
Yığma 22 - 29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
| N. | AD / SOYAD | KLUB |
| 1 | Nicat Mehbalıyev | Qəbələ |
| 2 | Rüstəm Samiqullin | Sabah |
| 3 | Əkpər Vəliyev | Keşlə |
| 4 | Rauf Hüseynli | Zirə |
| 5 | Arsen Ağcabəyov | Sabah |
| 6 | Rüfət Əhmədov | Qəbələ |
| 7 | Bəşir Ayralov | Zaqatala |
| 8 | Cəlal Hüseynov | Zirə |
| 9 | Mert Çelik | Neftçi |
| 10 | Elçin Mustafayev | Keşlə |
| 11 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 12 | Asim Əlizadə | Neftçi |
| 13 | Şakir Seyidov | Sabah |
| 14 | Ədilxan Qarəhmədov | Səbail |
| 15 | Veysəl Rzayev | Sabah |
| 16 | Fərid Yusifli | Neftçi |
| 17 | Turan Vəlizadə | Keşlə |
| 18 | Rüfət Abdullazadə | Sumqayıt |
| 19 | Vüsal Əsgərov | Neftçi |
| 20 | İsmayıl Zülfüqarlı | Neftçi |
| 21 | Camal Cəfərov | Sabah |
| 22 | Kamran Quliyev | Sabah |
| 23 | Musa Qurbanlı | Qarabağ |
| 24 | İbrahim Hüseynov | Qarabağ |
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.