Azərbaycanın qızlardan ibarət U-19 millisi Moldova ilə heç-heçə edib

Azərbaycanın qızlardan ibarət U-19 millisi Moldova ilə heç-heçə edib 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
14 noyabr 2023 13:01
Azərbaycanın qızlardan ibarət U-19 millisi Moldova ilə heç-heçə edib

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü - sonuncu matçda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə bitib. B Liqasının 3-cü qrupundakı digər oyunda Sloveniya Kosovonu 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.

Son xəbərlər

Orphus sistemi