Azərbaycanın qadın futbolçulardan ibarət millisi uduzub

Azərbaycanın qadın futbolçulardan ibarət millisi uduzub Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün Monteneqro millisi ilə qarşılaşıb.
Futbol
21 Oktyabr , 2021 17:57
Azərbaycanın qadın futbolçulardan ibarət millisi uduzub
0 : 00
0 : 00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda III turda Monteneqronun qonağı olub.

Podqoritsa şəhərində keçirilmiş qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

3 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Monteneqro isə 6 xalla ilk 3 sıranı bölüşür.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 26-da Bakıda Maltaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi