Azərbaycanın FIFA referisi Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi Çempionlar Liqasına təyinat alıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Elçin Səmədli UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.
Futbol
1 Oktyabr , 2018 11:32
Azərbaycanın FIFA referisi Çempionlar Liqasına təyinat alıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Elçin Səmədli UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas təsnifat mərhələsinin IV qrupunda keçiriləcək matçlarında iş başında olacaq.

“Sportinq” (Portuqaliya), “Kayrat” (Qazaxıstan), “Lida” (Belarus) və “Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi