2020-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı açıqlanıb.
"Report" xəbər verir ki, 2019-cu illə müqayisədə, yeni siyahıda Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin sayı azalıb. Referi köməkçilərindən Yaşar Abbasov və Rza Məmmədovun adları çıxarılıb. Onları Elşad Abdullayev və Pərvin Talıbov əvəzləyib.
Futzalda yalnız Hikmət Qafarlı mövqeyini qoruduğu halda, Yusif Nurullayevlə Ramil Namazov statusunu itirib. Çimərlik futbolunda Əli Cəbrayılov və Sədaqət Vəliyeva kənarlaşdırılıb. Əvəzində Nail Nağıyevə etimad göstərilib.
Qadın referilərinin də sayı azalıb. Səbayel Kuzutürk siyahıdan çıxarılıb. Qadın referi köməkçilərindən isə Gülyana Özcan, Xəyalə Əzizzadə və Aybəniz Əsgərzadə 2020-ci ildə beynəlxalq matçlara təyinat almayacaqlar.
Beləliklə, Azərbaycanın 10 ədalət təmsilçisi FIFA dərəcəli hakim statusunu itirib, 3 nəfər siyahıya əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçilərinin sayı 21-dən 14-ə düşüb.
Referilər
Ağayev Əliyar
Həsənov Rəhim
Cabarov Rauf
Referi köməkçiləri
Əmirəli Akif
Zeynalov Zeynal
Hüseynov Namik
Haşımov Mübariz
Abdullayev Elşad
Talıbov Pərvin
Futzal
Qafarlı Hikmət
Çimərlik futbolu
Məmmədov İnqilab
Nağıyev Nail
Qadın referi
Qurbanova Yuliya
Qadın referi köməkçisi
Əkbərzadə Gülnurə