Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək

Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək 23 yaşlı müdafiəçi "JKS Yaroslav" klubuna keçib
Futbol
458
24 Sentyabr , 2021 12:56
Azərbaycanın daha bir futbolçusu Polşada çıxış edəcək

Azərbaycanın daha bir futbolçusu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

"Report" "Nowiny24" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi "JKS Yaroslav" klubuna keçib.

Dəmirovla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Elvin Bayramov Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O "Qəbələ" və "Sumqayıt" klublarının şərəfini qoruyub.

"JKS Yaroslav" Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk Plotsk "Visla"sında, Mahir Emreli isə "Legiya"da çıxış edir. Bundan əlavə, Fuad Bayramov II liqada "Ostroveç-Şventokşiski"nin uğurları üçün çalışır.

Son xəbərlər

Orphus sistemi