Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib

Futbol
  • 09 noyabr, 2017
  • 16:29
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib

Bakı. 9 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edib.

Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Qollardan 3-nü Marsel Hartel vurub. Qalan qolların müəllifləri Nadiem Amiri, Aaron Seydel, Lukas Klostermann və Levin Öztunalı olub.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kottbus şəhərində baş tutan görüşdə də 7 qol vurulub. Lakin həmin vaxt Bundestim 6:1 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də "Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019

Seçmə mərhələ, V qrup

9 noyabr

18:00. Azərbaycan – Almaniya 0:7

Qollar: Marcel Hartel, 2; 46; 57. Nadiem Amiri, 14. Aaron Seydel, 28. Timo Baumqartl, 60. Levin Öztunalı, 84

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)

Bakı. "Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya - 9, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.

44 filmi