Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır Yığma ilk oyununu bu gün İrlandiya kollektivinə qarşı keçirəcək
Futbol
10 Oktyabr , 2017 11:47
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək.

“Report” xəbər verir ki, Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matç ərəfəsində Cavid Əliyev heyətdən çıxarılıb. Nəticədə heyətdə 20 futbolçu qalıb ki, onlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. 

Azərbaycan millisinin heyəti: Ayxan Arazlı, Turan Vəlizadə, Zamiq Əliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"),Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı "Qəbələ"), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı "Neftçi"), Sərcan Omarov, Ceyhun Nuriyev (hər ikisi Bakı "İnter"i), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hər ikisi "Sumqayıt"), Murad Məmmədov ("Səbail"), Elnur İbrahimov ("Spartak Moskva 2")

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Ukrayna, oktyabrın 16-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi