Azərbaycanda oynamış ulduz futbolçu məşqçilik üzrə A lisenziyası alıb
Futbol
- 15 fevral, 2023
- 13:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Məşqçilik kurslarına qatılan "Səbail"in sabiq futbolçusu Maykl Essyen A lisenziyası alıb.
"Report"un məlumatına görə, qanalı veteran yarımmüdafiəçi bu barədə özünün tviter səhifəsində paylaşım edib.
"Addım-addım öyrənirəm və məşqçi kimi böyüyürəm. A kateqoriyası aldığım üçün şadam. Bu işdə köməyi keçən hər kəsə təşəkkür edirəm", - ulduz futbolçu yazıb.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib. Afrikalı veteran futbolçu Fransanın "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan" və Yunanıstanın "Panatinaikos" komandalarında da çıxış edib.
Son xəbərlər
10:29
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
10:28
DSMF 10 ayda sosial şəbəkələrdə 15 mindən çox vətəndaş müraciətini cavablandırıb
Maliyyə
10:22
QMİ sədri: İrəvan qazılığının bərpası ilə bağlı tarixi faktlara əsaslanan mənəvi hüquqlarımızı bəyan edirik
Din
10:16
Bolqarıstan MSK: Səslərin 99,68 %-i sayıldıqdan sonra Yotova prezident seçkilərində qalib gəlir
Digər ölkələr
10:14
Foto
DSX: İranla sərhəddə silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Hadisə
10:11
BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək
Hadisə
10:00
Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması layihəsinin təsdiqini təxirə salıb
Energetika
09:50
Foto
Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
Hərbi
09:47
Azərbaycan ADB-nin aqrar sektorun iqlim dəyişikliyinə uyğunlaşdırılması proqramına daxil edilib
Maliyyə