Azərbaycanda işləmiş mütəxəssisin adı Şöhrət Zalına daxil edilə bilər

Azərbaycanda işləmiş mütəxəssisin adı Şöhrət Zalına daxil edilə bilər "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilə bilər.
Futbol
30 Mart , 2023 18:39
Azərbaycanda işləmiş mütəxəssisin adı Şöhrət Zalına daxil edilə bilər

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilə bilər.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, adları açıqlanan 15 veteran futbolçu arasında 57 yaşlı mütəxəssis də var.

Digər namizədlər Eşli Koul, Qari Nevill, Sol Kempbell, Cermeyn Defo, Maykl Ouen, Maykl Kerrik, Les Ferdidand, Con Terri, Petr Çex, Rio Ferdinand, Yaya Ture, Endi Koul, Robbi Fouler və Nemanya Vidiçdir. Onlardan üçü səsvermənin nəticələrinə əsasən Şöhrət Zalına daxil olacaq.

Qeyd edək ki, Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışıb. O, futbolçu kimi isə bütün karyerası boyunca - 1983-2002-ci illərdə "Arsenal"ın formasını geyinib. Veteran müdafiəçi 2021-ci ildə də Şöhrət Zalına daxil edilməyə namizədlər rasında olub.

Son xəbərlər

Orphus sistemi