Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.
Futbol
851
31 May , 2020 14:02
Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq
google.az
0 : 00
0 : 00

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək. 

Bu barədə "Report"a AzVİF-in mətbuat katibi Pərviz Musayev məlumat verib. O bildirib ki, turnir gələn həftəsonu - iyunun 6-da və ya 7-də olacaq. 

Musayev yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayıb: "Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma həftəsonuna yarışın olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik". 

Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: "Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq". 

Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdırıb: "Mövsümün təqvimi alt-üst olub, yenidən işləməliyik".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. 2020-ci ilin təqviminə əsasən AzVİF-in ilk daxili yarışı 7-8 martda təşkil etməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb. Həftəsonu keçiriləcək turnir federasiyanın mövsümdə ilk daxili tədbiri olacaq. 

Son xəbərlər

Orphus sistemi