Azərbaycanda ilin idman yarışı bəlli olub

Azərbaycanda ilin idman yarışı bəlli olub Azərbaycanda ilin ən yaxşı idman yarışı müəyyənləşib.
Futbol
13 Dekabr , 2021 12:46
Azərbaycanda ilin idman yarışı bəlli olub

Azərbaycanda ilin ən yaxşı idman yarışı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Futbol üzrə 2020-ci Avropa çempionatının Bakıda keçirilmiş 4 oyunu 49 səslə digər yarışları qabaqlayıb. Cüdo üzrə Böyük Dəbilqə turniri və batut gimnastikası üzrə dünya çempionatı 2 xalla 2 - 3-cü yerləri bölüşdürür. Bədii gimnastika üzrə Dünya Kuboku və "Formula - 1" üzrə Azərbaycan Qran-prisi 1 səs toplayıb.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi