Azərbaycanda futbolla məşğul olanların sayı 140 000 nəfərə çatıb

Futbol
  • 30 may, 2018
  • 08:55
Azərbaycanda futbolla məşğul olanların sayı 140 000 nəfərə çatıb

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan futbol ailəsinin  “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 140000 nəfərə çatıb. 

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, 140000-ci üzv “Məktəbli Kuboku”nda çıxış edən 13 yaşlı Zahir Zakir oğlu Əliyevdir. 

O, Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü İnternat Tipli Gimnaziyanın 7-cı sinif şagirdidir. 

44 filmi