Azərbaycanda daha bir oyun qara görə təxirə salındı - YENİLƏNİB

Azərbaycanda daha bir oyun qara görə təxirə salındı - YENİLƏNİB Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub
Futbol
308
12 Mart , 2021 10:55
Azərbaycanda daha bir oyun qara görə təxirə salındı - YENİLƏNİB
0 : 00
0 : 00

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan I Divizonununda XVII turun "Turan Tovuz" - "Sabah-2" matçının təxirə salınması barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, PFL-in yaydığı açıqlamada deyilir:

"Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub. Aparılan son araşdırmaların ardından “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub".

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. Oyun saat 15:00-a təyin olunub.

09:40

Futbol üzrə Azərbaycan I Divizonunun XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Turan Tovuz" - "Sabah-2" matçı güclü qar üzündən təxirə salınacaq.

Bu barədə "Report"a Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səbəb hazırda Tovuzda güclü qarın yağması və nəticədə şəhər stadionunu qalın qar örtüyünün bürüməsidir.

Hazırda meydanda qarın hündürlüyünün 15-20 sm-ə çatdığını deyən Abdullayev təxirəsalma qərarının tezliklə veriləcəyini bildirib.

Qeyd edək ki, fevralın 17-də XIII turun "Turan Tovuz" - "Sumqayıt - 2" görüşü də eyni səbəbdən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi