Azərbaycan yığmasının heyətində dəyişiklik edilib

Futbol
  • 06 noyabr, 2017
  • 12:12
Azərbaycan yığmasının heyətində dəyişiklik edilib
Report.az

Bakı. 6 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XI turun “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib. 

Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, noyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar. 

44 - Tezliklə