Azərbaycan yığması UEFA Millətlər Liqasındakı oyunlar ərəfəsində Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Futbol
- 15 noyabr, 2018
- 06:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 noyabr. REPORT.AZ/ Farer adaları və Kosovo ilə keçirəcəyi UEFA Millətlər Liqasının V tur matçı ilə əlaqədar toplanışda olan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda məşqə çıxıb.
"Report"un məlumatına görə, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə milliyə dəvət almış 24 futbolçunun hamısı qatılıb. Qurbanov məşqin əvvəlində oyunçularla qısa söhbət edərək, tapşırıqlarını çatdırıb. Daha sonra komanda üzvləri fiziki və topla çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi Farer adalarını noyabrın 17-də Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bundan 3 gün sonra yığma Priştinada Kosovonun qonağı olacaq.
Son xəbərlər
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol