Azərbaycan yığması Farer adalarına tranzit yolu ilə gedəcək

Azərbaycan yığması Farer adalarına tranzit yolu ilə gedəcək Səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilmələridir
Futbol
121
8 Oktyabr , 2018 10:57
Azərbaycan yığması Farer adalarına tranzit yolu ilə gedəcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər oyunu üçün Bakını oktyabrın 9-da tərk edəcək.

Milli komandanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, komanda üzvlərini aparacaq təyyarə saat 17:25-də Heydər Əliyev Beynəlxaq Hava Limanından yola düşəcək. Yığma səfərə çarter reysi ilə çıxsa da, ada-dövlətə birbaşa uçmayacaq. Komanda əvvəlcə Danimarkanın paytaxtı Kopehagenə, oradan isə “Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.

Yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.

Hazırda Mərdəkandakı Futbol Mərkəzində milli komandalar üçün təlim-məşq bazasında məskunlaşan yığma səfərə çıxanadək ikisi bu gün, biri isə sabah olmaqla, üç məşq keçəcək. Qazaxıstan təmsilçisi “Astana”nın formasını geyinən Riçard Almeyda istisna olmaqla, bütün futbolçular düşərgədə yer alıb. 29 yaşlı yarımmüdafiəçi komandaya bu axşam qoşulacaq.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv oktyabrın 14-də IV tur çərçivəsində Maltanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi