Azərbaycan vətəndaşının daxili orqanında heroin, dərman preparatı və metamfetamin aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında heroin, dərman preparatı və metamfetamin aşkar edilib Faktla bağlı araşdırma aparılır
Futbol
5 Sentyabr , 2017 09:13
Azərbaycan vətəndaşının daxili orqanında heroin, dərman preparatı və metamfetamin aşkar edilib
Report.az

Bakı. 5 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İrandan Azərbaycana gələn ölkə vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından, o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, həmin şəxsin daxili orqanında (düz bağırsağında) cəmi 3 ədəd bağlamada olmaqla, xalis çəkisi 41,148 qram təşkil edən narkotik vasitə - heroin, 10 ədəd həb şəklində "Metadone" adlı dərman preparatı və xalis çəkisi 2,099 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, "Metadone" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi