Bakı. 17 noyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının V turunun oyunu üçün Azərbaycan və Farer adaları komandalarının start heyətləri açıqlanıb.
“Report” xəbər verir ki, komandalar Bakı Olimpiya Stadionunda keçiriləcək matça aşağıdakı “11-lik”lə çıxacaqlar.
Azərbaycan: 1.Kamran Ağayev (K), 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 21. Təmkin Xəlilzadə, 4. Pavel Paşayev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 17. Mahir Mədətov, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov.
Baş məşqçi:
Farer adaları: 1.Qunnar Nilsen, 3. Vilormur Davidsen, 4. Atli Qreqersen (k), 5. Sonni Raqnar Nattestad, 6. Hallur Hansson, 8 Brandur Hendriksson, 9. Gilli Rolantsson Sörensen, 10. Sölvi Vatnhamar, 15 Odmar Feryo, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen
Baş məşqçi: Lars Olsen
Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.
Komandalar arasında bundan əvvəl keçirilən matç Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb.