​Azərbaycan Premyer Liqasında əlavə köməkçi hakimlər olmayacaq

​Azərbaycan Premyer Liqasında əlavə köməkçi hakimlər olmayacaq Növbəti turun mərkəzi görüşü FİFA referisi Rəhim Həsənova həvalə edilib
Futbol
15 Oktyabr , 2015 17:28
​Azərbaycan Premyer Liqasında əlavə köməkçi hakimlər olmayacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək oyunlar üçün hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, digər turlarla müqayisədə bu dəfə heç bir oyunda əlavə köməkçi hakimlər olmayacaq.

Turun mərkəzi görüşü sayılan "Neftçi" - "Qəbələ" oyunu FİFA referisi Rəhim Həsənova həvalə edilib. Premyer Liqada məğlubiyyət üzü görməyən "Qarabağ" və "Zirə" komandalarının görüşündə isə ədalət təmsilçisi qismində Ramil Diniyev çıxış edəcək. Çempionatın son turunda "İnter" və "Qarabağ" komandalarının qarşılaşması zamanı "bankirlər"in qapısına şübhəli penalti təyin edərək gündəmə gələn Elvin Əsgərov isə "Xəzər Lənkəran" - AZAL oyununu idarə edəcək.

16 oktyabr

20:30. "Rəvan" – "Kəpəz"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Füzuli Nəcəfov

Bakı. "Bayıl Arena"

17 oktyabr

15:30. "Neftçi" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Gülağa Cabbarov

Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:00. "Qarabağ" – "Zirə"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18 oktyabr

18:00. "Xəzər Lənkəran" – AZAL

Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

20:00. "Sumqayıt" – "İnter"

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

Son xəbərlər

Orphus sistemi