Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci hissəsinin ilk tur matçları bir dəqiqəlik sükutla başlayacaq.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. Bu, “Qarabağ” Futbol Klubunun təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirovun dünyasını dəyişməsi ilə əlaqədardır. XV tur qarşılaşmalarında A.Nadirovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XV tur qarşılaşmaları 2-3 fevralda keçiriləcək.