Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Neftçi"nin heyətinin qiymətində azalma olub

Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, "Neftçi"nin heyətinin qiymətində azalma olub Futbol üzrə Misli Premyer Liqasının dəyəri qalxıb.
Futbol
28 Dekabr , 2024 16:03
Azərbaycan Premyer Liqasının dəyəri qalxıb, Neftçinin heyətinin qiymətində azalma olub

Futbol üzrə Misli Premyer Liqasının dəyəri qalxıb.

"Report"un "Transfermarkt" portalına istinadən məlumatına görə, çempionatda çıxış edən futbolçuların ümumi bazar qiyməti 90.08 milyon avrodan 100.30 milyon avroya (11.4 faiz qalxıb) yüksəlib.

Klublardan yalnız "Neftçi"nin heyətinin qiymətində azalma müşahidə olunur. "Ağ-qaralar"ın oyunçularının ümumi dəyəri 12.03 milyon avrodan 10.55 milyon avroya (-12.3 faiz) düşüb.

Faiz nisbətində (82.6 faiz) ən çox artım isə "Şamaxı"da qeydə alınıb. Bölgə təmsilçisinin oyunçularının ümumi dəyəri 3.03 milyon avrodan 5,53 milyon avroya qalxıb.

Misli Premyer Liqası komandalarının futbolçulara görə bazar dəyəri:

1. "Qarabağ": 22.65 milyon avro (əvvəlki 20.33 milyon avro) - 12 faiz artıb
2. "Zirə": 12.40 milyon avro (əvvəlki 11.58 milyon avro) - 7.1 faiz artıb
3. "Sabah": 11.95 milyon avro (əvvəlki 11.75 milyon avro) - 1.7 faiz artıb
4. "Sumqayıt": 10.95 milyon avro (əvvəlki 10.68 milyon avro) - 2.6 faiz artıb
5. "Neftçi": 10.55 milyon avro (əvvəlki 12.03 milyon avro) - 12.3 faiz azalıb
6. "Araz-Naxçıvan": 7.75 milyon avro (əvvəlki 5.53 milyon avro) - 40.3 faiz artıb
7. "Turan Tovuz": 7.48 milyon avro (əvvəlki 5.60 milyon avro) - 33.5 faiz artıb
8. "Kəpəz": 6.13 milyon avro (əvvəlki 5.48 milyon avro) - 11.9 faiz artıb
9. "Şamaxı": 5.53 milyon avro (əvvəlki 3.03 milyon avro) - 82.6 faiz artıb
10. "Səbail": 4.93 milyon avro (əvvəlki 4.20 milyon avro) - 17.3 faiz artıb

Son xəbərlər

Orphus sistemi