Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümün məhsuldarlıq rekordu yenilənib.
"Report"un məlumatına görə, bu X tura təsadüf edib. Hesabat turunda qapılara 19 top vurulub.
Ən çox qol "Qarabağ" - "Sumqayıt" matçına təsadüf - 6:1. Ən az qol isə "Sabah"ın evdə "Səbail"i 2:1 hesabı ilə yendiyi qarşılaşmada qeydə alınıb.
"Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə evdə "Keşlə"ni 3:1 hesabı ilə üstələyib. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,75 top keçib.
Daha əvvəl 4-cü və 9-cu turlarda 14 qol vurulub.