Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarının təyinatları açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri şənbə və bazar günləri baş tutacaq.
“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, Peşəkar Futbol Liqasının Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq, “Qarabağ”ın Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə XXIII turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Görüşün tarixi ilə bağlı əlavə məlumat veriləcək. Komandaların əvəzedici heyətləri arasında matç isə təqvimə uyğun şəkildə reallaşacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral
16:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”
18:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASCO Arena”
18 fevral
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”