Azərbaycan Premyer Liqasında XXII turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında XXII turun proqramı açıqlanıb Mərkəzi görüşlər Bakıda olacaq
Futbol
3 Aprel , 2018 11:43
Azərbaycan Premyer Liqasında XXII turun proqramı açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi görüşlər aprelin 8-nə təyin olunub. Həmin gün əvvəlcə "Zirə" "Qəbələ"ni, sonra isə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Tura isə aprelin 7-də Gəncədə autsayderlərin qarşılaşması ilə start veriləcək. Daha sonra lider "Qarabağ" "Səbail"i qəbul edəcək. 

Bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə yayımlanacaq. 


7 aprel (şənbə)

“Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu, 15:00

“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 18:30

8 aprel (bazar)

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 16:30

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 18:30

Son xəbərlər

Orphus sistemi