Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qəbələ" - "Qarabağ" oyunu Rauf Cabbarova tapşırılıb.
"Neftçi" - "Zirə" matçını isə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
10 noyabr (şənbə)
17:30. “Sabah” - “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”
19:30 “Neftçi” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
11 noyabr (bazar)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümçayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Sumqayıt” - “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Hakim-inspektor: Murad Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bayıl Arena”
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.