Azərbaycan Premyer Liqasında X turun oyunları üçün hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında X turun oyunları üçün hakim təyinatları açıqlanıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Futbol
30 Oktyabr , 2018 17:05
Azərbaycan Premyer Liqasında X turun oyunları üçün hakim təyinatları açıqlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçını Vüqar Həsənli, “Keşlə” – “Neftçi” oyununu isə Rauf Cabbarov idarə edəcək. 

FIFA referilərindən yalnız Rəhim Həsənov baş hakim kimi iş başında olacaq. O, "Zirə" - Səbail" matçına təyinat alıb. "Qəbələ" - "Sabah" görüşü isə Rəvan Həmzəzadəyə tapşırılıb. 

Azərbaycan Premyer Liqası, X tur

3 noyabr (şənbə)

17:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

“Azersun Arena” 


4 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi