Azərbaycan Premyer Liqasında V tura yekun vurulur

Azərbaycan Premyer Liqasında V tura yekun vurulur Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.
Futbol
26 Sentyabr , 2021 07:30
Azərbaycan Premyer Liqasında V tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Masazırda "Sabah" və "Neftçi" komandaları arasında olacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 4 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb. 7 xalı olan qonaqlar isə 4-cüdür.

İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə üz-üzə gəlib. Bunların 9-da "Neftçi" qələbə qazanıb, 2 qarşılaşma heç-heçə başa çatıb. “Sabah” indiyədək rəqibini məğlub edə bilməyib. Topların nisbəti də flaqmanın xeyrinədir - 23:5. “Neftçi” bu komandaya qarşı bütün oyunlarda qol vurub.

Tura Sumqayıtda yekun vurulacaq. 6 xalla 6-cı pillədə qərarlaşan şəhərin eyniadlı təmsilçisi 10 xalla 2-ci olan "Qəbələ"ni sınağa çəkəcək. Oyunda ədaləti FIFA dərəcəli baş hakim Elçin Məsiyev qoruyacaq.

Bundan əvvəl keçirilmiş 35 qarşılaşmanın 5-i meydan sahiblərinin, 20-si qonaqların xeyrinə bitib. 10 görüşdə isə qalib müəyyənləşməyib. Bu matçlarda "gənclik şəhəri" təmsilçisi 27, əyalət klubu isə 56 qol vurub. “Qəbələ” son 6 oyunda yalnız bir dəfə meydanı qolsuz tərk edib. “Sumqayıt” isə son 5 ev matçında yalnız bir dəfə uduzub.

Azərbaycan Premyer Liqası

V tur

26 sentyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”.

19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Səbail" isə evdə "Zirə"yə uduzub.

Son xəbərlər

Orphus sistemi