Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb "Qarabağ" "Sumqayıt"ı "Azərsun Arena"da qəbul edəcək
Futbol
19 Aprel , 2017 11:30
Azərbaycan Premyer Liqasında növbəti tur matçlarının vaxtı və yeri açıqlanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyun cədvəli müəyyənləşib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tura aprelin 23-də Qəbələdə start veriləcək. Saat 15:00-da eyniadlı komanda "İnter"i qəbul edəcək. Bu görüşdə gümüş və bürünc medalların taleyi həll olunacaq. 

Avropa Liqasına sonuncu vəsiqənin taleyini həll edə biləcək qalan 3 oyun isə həmin  gün saat 17:00-da başlanacaq. 

23 aprel (bazar)

15:00. “Qəbələ” – “İnter”

Qəbələ şəhər stadionu (canlı, “CBC Sport”)

17:00. AZAL – “Kəpəz”

“AZAL Arena”

17:00. “Zirə” – “Neftçi”

Zirə Olimpiya İdman Kompleksinin stadionu (canlı, “CBC Sport”)

17:00. “Qarabağ” – “Sumqayıt”

“Azersun Arena”.

Son xəbərlər

Orphus sistemi