Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulur

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulur Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Futbol
16 Dekabr , 2021 07:30
Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulur

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, ilin sonuncu turu iki oyunla başa çatacaq.

10 xalla çempionatın autsayderi olan "Səbail" 14 xalla 5-ci olan "Sabah"ı qəbul edəcək. Komandalar çempionatda 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "dənizçilər", 4-də qonaqlar qələbə qazanıb. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların fərqində "Səbail" minimal fərqlə üstündür - 13:12.

Turun sonra matçında 30 xalla lider olan "Qarabağ" 22 xalla 4-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək. Premyer Liqadakı əvvəlki 24 matçın heç birində "Zirə" qələbə qazana bilməyib. 16 görüşdə "köhlən atlar" qələbə qazanıbsa, 8 dueldə qalib müəyyənləşməyib. Topların fərqində "köhlən atlar"ın aşkar üstünlüyü var - 50:12.

Azərbaycan Premyer Liqası

XIV tur

16 dekabr (cümə axşamı)

16:30. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3.

Son xəbərlər

Orphus sistemi