Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub

Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
7 İyun , 2023 11:23
Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

İdman Araşdırmalar Mərkəzinin "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Sabah"ın hücumameyilli yarımmüdafiəçisi Aleksey Kaşuk bu ada layiq görülüb.

Səsvermədə 10 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilən ümumilikdə 235 nəfər (225 futbolçu, 10 baş məşqçi) iştirak edib.

"Qarabağ" və "Zirə"nin 27, "Neftçi", "Kəpəz" və "Səbail"in 25, "Sabah"ın 24, "Turan Tovuz"un 22, "Qəbələ", "Sumqayıt" və "Şamaxı"nın 20 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.

Respondentlər ümumilikdə 44 futbolçu arasında seçim ediblər. Nəticədə Aleksey Kaşuk 51 səslə birinci yeri tutub. 23 yaşlı ukraynalı yarımmüdafiəçi səslərdən 46-nı oyunçulardan, 5-ni isə baş məşqçilərdən alıb.

"Neftçi"nin kapitanı Emin Mahmudov 32 səslə ikinci olub.

Üçüncü yeri isə "Qarabağ"da çıxış edən Abdullah Zubir 27 səslə tutub.

Mahmudov səslərin 30-nu həmkarlarından, 2-sini baş məşqçilərdən alıb.

Qalan 3 baş məşqçi isə müvafiq olaraq, "Qarabağ"dan Ramil Şeydayev, Musa Qurbanlı və Julio Romaoya səs veriblər.

Bundan başqa, Şeydayev 16, Coy Lens Mikels ("Sabah") 12, Qurbanlı 11, Romao 9, Kevin Medina və Elvin Cəfərquliyev (hər ikisi "Qarabağ") hərəyə 7, Hamidu Keyta ("Zirə") 6, Leandro Andrade ("Qarabağ") 5, Elvin Məmmədov ("Şamaxı") 5, Marko Veşoviç və Şahruddin Məhəmmədəliyev (hər ikisi "Qarabağ") hərəyə 4, Murad Musayev ("Qəbələ") 3, Rəhman Daşdəmirov ("Şamaxı"), Riçard Almeyda ("Qarabağ"), Runi Eva, Natan Oduva (hər ikisi "Turan Tovuz"), İsnik Alimi ("Qəbələ"), İvan Brkiç ("Neftçi") və Vüqar Mustafayev ("Sumqayıt") hərəyə 2 səs yığıblar.

"Səbail"dən Mirabdulla Abbasov, Matiya Lyuyiç, Emil Balayev, Cabir Əmirli və Maksim Çex, "Qarabağ"dan Marko Yankoviç, Toral Bayramov və Filip Ozobiç, "Zirə"dən Qismət Alıyev, Coşqun Diniyev və Sertan Taşkın, "Şamaxı"dan Elçin Rəhimli, Amil Yunanov və Kamran Quliyev, "Sabah"dan Elvin Camalov və Yusif İmanov, "Neftçi"dən Fərid Yusifli və Solomon Kverkveliya, "Kəpəz"dən Ahmed Ayzaya və Fərid Nəbiyev, "Turan Tovuz"dan Şakir Seyidov və "Sumqayıt"dan Aydın Bayramov hərəyə 1 səs toplayıblar.

Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl altı ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə karyerasını başa vurmuş Cavid İmamverdiyev (2017/2018), "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), "Qarabağ"ın legioneri Abdullah Zubir (2019/2020), "Sabah"ın futbolçusu Namik Ələskərov (2020/2021) və hazırda Rusiya "Krasnodar"ında çıxış edən Ağdam klubunun sabiq yarımmüdafiəçisi Kadi Borges Malinovski ən yaxşı seçilib.

Son xəbərlər

Orphus sistemi