Azərbaycan Premyer Liqasında gənclərə üstünlük verən klublara bonus ödənilə bilər

Azərbaycan Premyer Liqasında gənclərə üstünlük verən klublara bonus ödənilə bilər Heyətində 21 yaşadək futbolçuları oynadan Azərbaycan Premyer Liqası komandalarına bonusların verilmə məsələsi növbəti mövsüm üçün nəzərdə tutulub.
Futbol
29 Dekabr , 2019 14:35
Azərbaycan Premyer Liqasında gənclərə üstünlük verən klublara bonus ödənilə bilər

"Heyətində 21 yaşadək futbolçuları oynadan Azərbaycan Premyer Liqası komandalarına bonusların verilmə məsələsi növbəti mövsüm üçün nəzərdə tutulub". 

"Report"un məlumatına görə, bu barədə AFFA Klublar Komitəsinin (KK) sədri Riad Rəfiyev açıqlama verib. Rəfiyev hazırda bu istiqamətdə müzakirələrin aparıldığını bildirib. O, məsələnin layihə formasında hazırlanmasının gərəkliyini vurğulayıb: "Sadəcə, təklif ilə irəli sürülməməlidir ki, məsələn, biz hansısa oyunçunu meydana buraxdığımız üçün əlavə bonus olmalıdır. Əlbəttə, bu, tənzimlənməli və daha ətraflı layihə şəklində hazırlanmalıdır. Həmin oyunçunun matçlarda iştirak etdiyi dəqiqələr hesablanmalıdır. Bundan sonra hər hansı klub müəyyən məbləğə iddia edə bilər. Bu, növbəti mövsüm üçün təklif olunacaq. Hələlik konkret qərar verməmişik". 

KK sədri gələn mövsüm Azərbaycan Premyer Liqasına gənclərdən ibarət ayrıca komandanın buraxılma məsələsini müzakirə etmədiklərini də diqqətə çatdırıb: "Gündəliyimizdə belə bir məsələ olmayıb. Öz aramızda da müzakirə etməmişik". 

Günay ARİFQIZI

Son xəbərlər

Orphus sistemi