Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırıla bilər

Futbol
  • 18 aprel, 2022
  • 11:33
Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırıla bilər

Futbol üzrə Azərbaycan Premyer Liqası və I Divizionda əvəzetmə sayı artırıla bilər.

Bu barədə "Report"a AFFA Klublar Komitəsinin və "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı təklif hazırlanacaq və AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Komitə olaraq, ümumi fikir belədir ki, əvəzetmə sayı artırılsın. Məsələ İK-in növbəti iclasında müzakirəyə çıxarılacaq".

Qeyd edək ki, hazırda hər iki çempionatda 3 əvəzetməyə icazə verilir.

44 filmi